18.09.2024
18 sentyabr 2024-cü il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi Kitabxanası 18 Sentyabr Milli Musiqi Gününə həsr olunmuş “Azərbaycan musiqisinin təntənəsi” adlı dəyirmi masa keçirib. Bir qrup tələbə və fəal oxucunun iştirak etdiyi tədbirdə Azərbaycanın dünya şöhrətli oğlu Azərbaycan Dövlət Himninin müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününə rəğmən təsis edilən Milli Musiqi Gününün yaranma tarixindən, Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuş dahi sənətkarlardan, dahi Üzeyir Hacıbəylinin zəngin və qiymətli ədəbi irsindən söhbət açılıb.
Qeyd olunub ki, yenilməz və qüdrətli Azərbaycan dövlətinin apardığı uğurlu siyasət nəticəsində 30 illik işğaldan azad edilən Vətən torpaqlarında, o cümlədən Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhərində Azərbaycan musiqisinin sədaları səslənir, Beynəlxalq Musiqi Festivalları, müsabiqələr keçirilir.
“18 Sentyabr Milli Musiqi Günü” adlı sərgi ətrafında Azərbaycan musiqisinə həsr olunmuş kitablarla yaxından tanış olunub, fikir mübadiləsi edilib.