19.09.2024
Sentyabrın 19-da Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin dəstəyi və Qazax rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova açaraq Azərbaycan mədəniyyəti tarixində yeni istiqamət və milli musiqi məktəbinin əsasını qoymuş görkəmli bəstəkar Üzeyir Hacıbəylinin həyatından, onun Azərbaycan musiqisinin inkişafı və dünyaya tanıdılması istiqamətindəki əvəzsiz rolundan, bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasının Ulu öndər tərəfindən qoyulmasından, mədəniyyətimizin dünyada tanınması və təbliği istiqamətində dövlət siyasətindən danışıb və tədbir iştirakçılarını Milli Musiqi Günü münasibətilə təbrik edərək qeyd edib ki, dahi bəstəkar musiqi ictimaiyyətinin, insanların qəlbində daim yaşayacaq.
Tədbirin davamında Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilən və bəstəkarın sonuncu operettası olan “Arşın mal alan” filminin nümayişi ilə tədbir sona çatıb.