20.09.2024
20 sentyabr 2024-cü il tarixdə Qazax - Tovuz Regional Mədəniyyət İdarəsi Tovuz rayon Heydər Əliyev Mərkəzinin, Aşıq Əkbər Cəfərov adına Mədəniyyət Mərkəzinin, Mərkəzi kitabxananın və Tarix- Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 21 Sentyabr- Beynəlxalq Sülh Günü ilə əlaqədar "Kainata Sülh gərəkdir" mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçılarına 21 Sentyabr- Beynəlxalq Sülh Gününün yaranma tarixi haqqında ətraflı məlumat verilib və Azərbaycan xalqının, dövlətinin tarix boyu hər zaman sülhün tərəfdarı kimi regionda təhlükəsizliyin təminatı kimi çıxış etdiyi bildirilib . Mövzu ilə bağlı çıxış edənlər sülhsevər Azərbaycan xalqı və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əlyevin dünyada sülhün qorunması, insanların, xalqların əmin-amanlıqda yaşaması, bütün münaqişəli məsələlərin beynəlxalq hüquq normaları çərçivəsində danışıqlar yolu ilə başa çatması naminə səy göstərdiyini qeyd ediblər.