20.09.2024
Şəmkir rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Beynəlxalq Sülh Günü ilə əlaqədar olaraq 20.09.2024 - cü il tarixdə “Dünyamıza sülh gərəkdir!” adlı sərgi təşkil edib. Kitabxananın əməkdaşı Şəbnəm Abdullayeva bildirib ki, sülhün qorunması insanların əmin amanlıqla yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusu tarix boyu bəşəriyyəti düşündürür.Bu tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin insanpərvərlik və sülh sevərlik hisslərini gücləndirmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət ənənələrə hörmət ruhu aşılamaq, bədii-estetik səviyyələrini yüksəltməkdən ibarətdir. Mövzu ilə bağlı tərtib edilmiş kitab sərgisinə baxış keçirilib, sərgidə nümayiş olunan kitablar haqqında iştirakçılara məlumat verilib.