Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkirdə Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbir keçirilib

21.09.2024

Şəmkir rayon Mərkəzi Kitabxanasının Oxuculara Xidmət şöbəsi Beynəlxalq  Sülh Günü ilə əlaqədar 21.09.2024 - cü il tarixdə “Dünyaya sülh gərək!” adlı  tədbir təşkil edib. Kitabxananın əməkdaşı Aidə Allahverdiyeva  çıxış edərək bildirib ki,  bu gün dünyada milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır. Sülh! Bu söz öz özlüyündə böyük bir məna kəsb edir. Sülh  dinclik, əmin-amanlıq qurub yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Sülh carçıları isə gələcəyimiz olan uşaqlardır.Digər çıxış edənlər də dünyamızın sülh və əmin amanlıq içində olmasını arzu ediblər. Mövzu ilə bağlı tərtib edilmiş kitab sərgisinə baxış keçirilib.