27.09.2024
27 sentyabr 2024-cü il tarixində Qazax Rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin əməkdaşları Anım Günü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanını ziyarət edərək əbədi məşəlin önünə gül dəstələri düzüblər.
Daha sonra muzeydə "Vətən sağolsun" adlı tədbir keçirilib. Öncə Ümummilli Lider Heydər Əliyevin və müqəddəs torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra muzeyin direktoru Məhruzə Hüseynova tədbiri giriş sözü ilə açaraq bildirib ki, "27 sentyabr tariximizin ən əlamətdar, ən müqəddəs günlərindən biridir. Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərinə, bütün şəhidlərinə dərin ehtiram əlaməti olaraq "Anım Günü" kimi qeyd edilir. Bizim igid oğullarımız 30 ildən sonra elə bir zəfər tarixi yazdılar ki, bütün dünyaya türkün gücünü, qüdrətini sübut etdilər.