26.09.2024
26 sentyabr 2024 -cü il tarixində Gədəbəy Aşıq məktəbində məktəbin müəllim və şagirdlərinin iştirakı ilə ''Vətən mənə oğul desə, nə dərdim'' adlı anım gününə həsr olunmuş tədbir keçrilib. Tədbirdə vətən müharibəsində şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ali Baş Komandanın rəhbərliyi altında, Azərbaycan xalqı bir yumruq tək birləşib. 44 günlük Vətən Müharibəsi zamanı 30 il həsrətində qaldığımız ata-baba yurdlarını, mənfur erməni qəsbkarlarından azad edilib. Tədbirdə şagirdlər şəhidlərə həsr olunmuş şeirlər söylədilər. Məktəbin müəllimləri tərəfindən vətən müharibəsində canından- qanından keçmiş şəhid və qazilərimizin şücaətindən danışılıb.