Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Mədəniyyət Mərkəzində 27 sentyabr Anım Günü ilə əlaqədar şəhid ailələri ilə görüş keçirilib

26.09.2024

26 sentyabr 2024 -cü il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzində 27 sentyabr Anım Günü ilə əlaqədar şəhid ailələri ilə görüş keçirdi. 
Görüşdə çıxış edəndər 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən Müharibəsində igid, cəsur, qəhrəman oğullarımızın  göstərdikləri şücaətdən söhbət açdılar.
Qeyd etdilər ki,  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər, Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan şəhid anaları onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu diqqətə çatdırdılar. Həmçinin çıxışlarda ölkə Prezidenti cənab  İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Çıxış edənlər o cümlədən  ölkə başçısının Anım Gününün respublika səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı müvafiq Sərəncamı şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi olduğunu xüsusi olaraq vurğuladılar.