26.09.2024
26 sentyabr 2024-cü il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında 27 sentyabr Anım Günü ilə əlaqədar “Milli Qürur Tariximiz” adlı tədbir keçirildi. Öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxışlarda 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanı, ordusu və xalqı ilə dəmir yumruğa çevrilən Azərbaycanın beynəlxalq aləmdə milli birlik nümunəsi olduğu vurğulandı. Ordumuzun, şəhid və qazilərimizin döyüş şücaətindən bəhs olundu. Tədbir çərçivəsində iştirakçılar Ağstafa Dövlət Rəsm Qalereyasında təqdim olunan Vətənpərvərlik mövzusunda sərgi ilə tanış oldular.