Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi kitabxanası “Azərbaycanın maarif, təhsil tarixinə şanlı səhifələr yazmış Seminariya” adlı tədbir keçirib

26.09.2024

26 sentyabr 2024-cü il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi kitabxanası Qori Seminariyasının Azərbaycan şöbəsinin yaradılması haqqında qərarın qəbul olunmasının 150 illiyi ilə əlaqədar olaraq “Azərbaycanın maarif, təhsil tarixinə şanlı səhifələr yazmış Seminariya” adlı tədbir keçirib. Öncə bir qrup tələbə, fəal oxucular və kitabxana əməkdaşları  Zaqafqaziya (Qori)  Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Qazax şəhərində yerləşən Qazax Müəllimlər Seminariyasının binasını ziyarət ediblər. Davamı olaraq Mərkəzi kitabxananın oxu zalında keçirilən tədbirdə Oxuculara xidmət şöbəsinin müdiri Bəsdi Məmmədova Azərbaycanda pedaqogika elminin yayılması və inkişaf etdirilməsi, yeni məktəblərin, xalq maarifinin, müəllim kadrlarının hazırlığında mühüm rol oynayan Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin yaranma tarixi haqqında ətraflı məlumat verib. Çıxışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan təhsil tarixi hər birimizin fəxr etdiyi nailiyyətlərlə zəngindir. Azərbaycan müəllimləri bütün tarix boyu təhsildə daim varisliklə novatorluğu, ənənə ilə islahatın vəhdətini öz fəaliyyətlərində əks etdirmişlər” kimi qiymətli fikrini nəzərə çatdırıb...  
BDU-nun Qazax filialının tələbələri çıxışlarında Qori Seminariyasında təhsil almış azərbaycanlı müəllimlərin ilk əvvəl sayca az olmasına baxmayaraq Azərbaycanın bütün kəndlərində məktəblər açılmasında, ana dilində dərslərin keçirilməsində danılmaz fəaliyyətləri olduğunu bildirərək qeyd ediblər ki,  Seminariya məzunlarının tarixi xidmətlərini qədirbilən xalqımız heç bir zaman unutmamış və unutmayacaqdır. 
“Azərbaycanın maarif, təhsil tarixinə şanlı səhifələr yazmış Seminariya” adlı sərgidə nümayiş olunan materiallarla yaxından tanış olub, fikir mübadiləsi edilib.