26.09.2024
Qazaxda Vətən müharibəsi Şəhidlərinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
26.09.2024 -cü il tarixində Qazax rayon Mədəniyyət Mərkəzində 27 sentyabr - 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş Şəhidlərin Anım Günü ilə əlaqədar olaraq "Şəhidlər fəxrimiz, and yerimizdir" adlı tədbir keçirilib.
Tədbirdən əvvəl ilk olaraq Şəhidlər Xiyabanı gül-çiçək dəstələri ilə ziyarət olunub.
Tədbirdə Mədəniyyət Mərkəzi və onun filiallarının işçiləri iştirak ediblər. Müqəddəsliyə ucalan Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbiri Mərkəzin direktoru Zahidə Həsənova açaraq müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışıb.
Qazax şəhər 1 nömrəli folklor evinin bədii rəhbəri N.Abdullayeva yaxın qohumu Şəhid Abdullayev Sərxan Elxan oğlu və mədəni təşkilatçı Ə.Gülşən qardaşı Şəhid Hüseynov Cavid Natiq oğlu haqqında xoş xatirələrdən danışıblar.
Tədbirdə Mədəniyyət Mərkəzinin metodisti Məfrubə Mehdiyeva çıxış edərək yekun olaraq deyib ki, 44 günlük Vətən müharibəsində öz cəsarəti, igidliyi ilə torpaqlarımızı azad edən, qətiyyəti ilə düşmənə diz çökdürən Azərbaycan Ordusu və ölməz Şəhidlərimiz xalqımızın əbədi qürur mənbəyidir.