Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində ”Zəfər tariximiz” adlı dəyirmi masa keçirilib

03.10.2024

3 Oktyabr 2024-cü il tarixində M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində "Zəfər tariximiz" adlı dəyirmi masa keçirilib. Tədbirdə muzeyin direktoru Məhruzə Hüseynova qeyd  edib ki,  Tərtər rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin işğaldan azad edilməsindən 4 il  ötür. 2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatının elə ilk günündə düşmənin illərdir möhkəmləndirdiyi və "keçilməz" adlandırdığı ön müdafiə xətti yarıldı, Cəbrayıl və Füzuli rayonlarının 6 kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi.
Sonra muzeyin əməkdaşları çıxışlarında 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun  “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirməsindən və dövlət başçısının mühüm strateji əhəmiyyətə malik Madagiz qəsəbəsinin  tarixi adını  bərpa edərək onu Suqovuşan adlandırdığını tvitter hesabından xalqımıza çatdırdığını qeyd ediblər.