Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda ”Əbədi və sarsılmaz müstəqillik” adlı dəyirmi masa keçirilib

17.10.2024

17 Oktyabr 2024-cü il tarixində Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin və Qazax şəhər  2 saylı Kitabxana filialının birgə təşkilatçılığı ilə 18 Oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə "Əbədi və sarsılmaz müstəqillik" adlı dəyirmi masa keçirilib. Tədbirdə  muzeyin direktoru Məhruzə Hüseynova çıxış edərək Müstəqilliyin Bərpası Gününün yaranması tarixinə nəzər salıb, dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər, Vətən müharibəsində ordumuzun qazandığı parlaq qələbə barədə iştirakçılara məlumat verib.
Sonra Kitabxana filialının müdürü Sevda Hüseynova çıxışında qeyd edib ki, 15 oktyabr 2021-ci il tarixli Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 28 May- Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr- Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilmişdir.
 Sonra Muzey əməkdaşları Müstəqillik Günü haqqında öz fikirlərini söyləyiblər.