Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada ”Azərbaycan tarixinin şanlı səhifəsi” adlı tədbir keçirilib

18.10.2024

18 oktyabr 2024-cü il tarixdə Ağstafa rayon Tarix Diyarşünaslıq Muzeyi, H. Arif Ev Muzeyi, 1,2 və 3 saylı folklor klubu əməkdaşları birlikdə 18 oktyabr "Müstəqilliyin Bərpası Günü" ilə əlaqədar olaraq "Azərbaycan tarixinin şanlı səhifəsi" adlı tədbir keçirdilər. Tədbir rayon məktəblilərinin iştirakı ilə təşkil olundu. Azərbaycan tarixinin ən mühüm günlərindən biri Müstəqilliyimizin Bərpası Günüdür. XX-ci əsrin sonlarında Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirə apardıqdan sonra nəhayət, 1991-ci il oktyabrın 18-də Ali sovetin sesiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Akrı qəbul edilib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Azərbaycan müstəqilliyi bərpa olunduqdan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib. Sonda Tədbir iştirakçılarının muzeyə ekskursiyası təşkil olundu.