Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mədəniyyət Mərkəzinin əməkdaşı təqaüdə yola salınıb

16.10.2024

Qazax rayon Mədəniyyət Mərkəzinin əməkdaşı təqaüdə yola salınıb
16 oktyabr 2024-cü il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı  Qazax rayon komitəsinin dəstəyi ilə Qarapapaq kənd sənətkarlıq klubunun müdiri Mahmudova Gülənbər Mirzalı qızının 65 yaşı tamam olması və təqaüdə yola salınması münasibəti ilə təntənəli tədbir təşkil edilib. 
Tədbiri giriş sözü ilə MİHİ Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov açaraq bu münasibət ilə Gülənbər  xanımı təbrik edərək ona uzun ömür, can sağlığı, bundan sonrakı həyatında da uğurlar arzulayıb. 
Digər çıxış edənlərdən Qazax – Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Mədəniyyət Mərkəzinin direktoru Z.Həsənova, Mədəniyyət Mərkəzinin metodisti M.Mehdiyeva Gülənbər xanımın uzun illər çalışdığı Qarapapaq kənd sənətkarlıq klubun əməkdaşları da  yubleyarı təbrik edərək onun işlədiyi müddətdəki qüsursuz fəaliyyətindən, kollektivdə olan hörmətindən, layiqli, bacarıqlı, eyni zamanda öz işinin öhdəsindən məsuliyyətlə gələn bir işçi olmasından danışıblar. 
Daha sonra Gülənbər Mahmudovanın  mədəniyyət sahəsində uzun illər səmərəli fəaliyyətinə görə və 65 illik yubileyi münaibəti ilə Qazax rayon Komitəsinin Fəxri Fərmanı, qiymətli hədiyyəsi verilib.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkdirilib.