Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E. Hüseynov adına Mərkəzi kitabxanasının oxu zalında “Məhəmməd Füzuli Azərbaycan mədəniyyəti və tarixinin iftixarıdır” adlı tədbir keçirilib

29.10.2024

29  oktyabr  2024-cü il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E. Hüseynov adına Mərkəzi kitabxanası oxu zalında “Məhəmməd Füzuli Azərbaycan mədəniyyəti və tarixinin iftixarıdır” adlı tədbir keçirib. Tədbirdə bir qrup tələbə, fəal oxucu və kitabxana əməkdaşları iştirak edib. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2024–cü  il tarixli  Sərəncamının icrasına dair Tədbirlər Planına əsasən keçirilən tədbirdə kitabxananın əməkdaşı Azərbaycan ədəbiyyatının dünya şöhrəti qazanmış söz ustadlarından olan Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr olunmuş “Məhəmməd Füzuli Azərbaycan mədəniyyəti və tarixinin iftixarıdır” adlı məruzə ilə çıxış edib: Azərbaycan klassik ədəbiyyatı yüksək bəşəri ideallar, təmiz, müqəddəs və xeyirxah hisslər xəzinəsidir. Bu xəzinənin sakinlərindən olan Məhəmməd Füzuli Аzərbаycаn ədəbiyyаtının inkişаfındа əsаslı yеr tutаn, Şərq хаlqlаrı ədəbiyyаtınа güclü təsir göstərən, zəngin ədəbi irsə mаlik оlаn, оrtа əsrlər ədəbiyyаtımızdа аnа dilində yаrаnаn şеirin, lirik pоеziyаnın ən böyük yаrаdıcılаrındаn biri оlmuşdur...
Məruzə ətrafı çıxışlarda Ulu Öndər Heydər Əliyevin  “bütün müsəlman aləminin qəlb şairi”, tanınmış ictimai-siyasi xadimlərin “Şərqdən doğan Günəş” adlandırdıqları Füzuli yaradıcılığı haqqında fikirlərində Füzulinin Azərbaycan ədəbiyyatında lirikanın, doğma ana dilində yaranmış əsl lirik şeirin böyük banisi və ölməz dahisi olaraq  öz bədii yаrаdıcılığı ilə gənc nəslin tərbiyəsində əsаslı хidmət göstərdiyini qeyd ediblər.
Mövzuya həsr olunmuş “Məhəmməd Füzuli Azərbaycan mədəniyyəti və tarixinin iftixarıdır” adlı sərgi ətrafında Füzuli yaradıcılığı ilə yaxından tanış olunub.