02.11.2024
02 noyabr 2024-cü il tarixdə 8 noyabr Zəfər Günü ilə əlaqədar M.Ələkbərov adına liseyin və Tovuz rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Zəfər Tariximiz" adlı rəsm sərgisi təşkil edilib. Tədbirdə şəhid anaları, məktəbin rəhbər heyəti, müəllim və şagirdlər çıxışlar edib, Zəfər gününə həsr olunmuş rəsm sərginə baxılıb.
Çıxışçılar bildirdilər ki, Azərbaycanın İkinci Qarabağ, 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Həmçinin bu qələbə qonşusunun torpağına göz dikən, xalqımızın humanistliyindən, qonaqpərvərliyindən, etimadından, etibarından sui-istifadə edən ermənilərin iç üzünü, əsl simasını dünyaya bir daha göstərdi. Hər kəs gördü ki, ermənilər yalan iddialarla bəşəriyyətə fəlakət və bəla gətirən faşist ideologiyasını utanıb çəkinmədən həyata keçirirlər. Bir daha dünyaya məlum oldu ki, tarix boyu ermənilər azərbaycanlılara və türklərə qarşı amansız olmuş, insanlığa sığmayan terror aktları, dəhşətli soyqırımları törətmişlər.
Sonda şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, əl işlərindən ibarət rəsm sərgisinə baxıblar.