06.11.2024
Noyabrın 6-da YAP-nın Tovuz rayon Təşkilatının, Tovuz rayon Qovlar şəhər Uşaq Musiqi Məktəbinin və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər günü ilə bağlı tədbir keçirilib. Tədbirdə qazilər, məktəbin pedaqoji kollektivi, şagirdlər iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri ilk öncə giriş sözü ilə açan Tovuz rayon Qovlar şəhər Uşaq Musiqi Məktəbinin direktoru Vəfa Kərimova çıxışında bu gün biz əminliklə deyə bilərik ki, dövlətimizin gücü, qüdrəti, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti, xalqımızın mübariz ruhu, sarsılmaz birliyi Azərbaycanı yeni zəfərlərə aparacağını, xalqımız bundan sonra da müzəffər və qurucu xalq kimi öz adını tarixin yaddaşına silinməz izlərlə həkk edəcəyini, üçrəngli bayrağımız daim ən yüksək zirvələrdə dalğalanacağını bildirdi.
Sonra tədbirdə çıxış edən YAP-nın Tovuz rayon Təşkilatının sədri Nihad Pənahov 44 günlük Vətən müharibəsi geridə qalsa da, 8 Noyabr Zəfərindən başlanan yeni qürur tariximiz kimi davam etdiyini, ölkəmizin müharibə başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin başladığını, aparılan bərpa-quruculuq işlərinə Prezident İlham Əliyev şəxsən özü nəzarət edərək mütəmadi olaraq həmin ərazilərə səfərlər etdiyini görülən işlərin gedişi ilə yerində maraqlandığını, yeni infrastruktur layihələrinin təməlini qoyduğunu və azad olunan ərazilərimizə nə qədər önəm verdiyinin təzahürü olduğunu bildirərək, Dövlət başçısının ərazilərimizə səfərləri zamanı xalqımız üçün yeni müjdələrdən xəbər verdiyini qeyd etdi.Sonda N.Pənahov Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan bəhs etmişdir.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid ailələri ictimai birliyinin sədri Əli Əliyev, qazi Məmməd Məmmədov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazandığımız 44 günlük Vətən müharibəsinin və lokal antiterror əməliyyatlarının reallıqları, böyük Qələbəmizin əsasında duran xalq-dövlət-ordu birliyi amili, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyi gerçəkliklər gənclərimiz tərəfindən öyrənilməli və gələcək nəsillərə ötürülməli olduğunu bildirmişdir. Sonda şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sonra tədbir məktəbin müəllim və şagirdlərinin ifasında vətənpərvər musiqi nömrələrindən ibarət konsert proqramı ilə davam etdirilib.