Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkirdə 8 Noyabr- Zəfər Günü təntənəli şəkildə qeyd edilib.

05.11.2024

05.11.2024-cü il tarixdə Şəmkir şəhər Uşaq Musiqi Məktəbi və Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Zəfər Günü və Bayraq Günü münasibətilə Əhməd Cavad adına Mədəniyyət Mərkəzində bayram tədbiri təşkil edilib. Əvvəlcə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tərtib etdiyi “ Zəfər günün mübarək, Azərbaycan ! ”, “Bir kərə yüksələn bayraq, bir daha enməz !” , “Əziz Şuşa, sən azadsan!” adlı kitab sərgisinə baxış keçirilib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb. Bu şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyev, Müzəffər Ordumuzun əsgər və zabitləri, hərbçiləri, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 28 il erməni əsarətində olan torpaqlarımızı azadlığına qovuşdurdu. Noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu.

Daha sonra tədbir Şəmkir şəhər Uşaq Musiqi Məktəbinin təşkil etdiyi rəngarəng konsert proqramı ilə davam etdirilib.