14.11.2024
14 noyabr 2024-cü il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E. Hüseynov adına Mərkəzi kitabxanası 12 Noyabr Konstitusiya Gününə həsr olunmuş “Milli dəyərlərə söykənən Ali Qanunumuz” adlı tədbir keçirib. Tədbirdə bir qrup tələbə, fəal oxucu və kitabxana əməkdaşları iştirak edib. Şöbə müdiri Bəsdi Məmmədova Azərbaycan Konstitusiyasının yaranma tarixi haqqında ətraflı məlumatında bildirib ki, 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində 4-cü Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Ümummilli Liderin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri olan Azərbaycan Konstitusiyası Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliytevin rəhbərliyi ilə tarixi Zəfər Qələbəsi nəticəsində artıq bütöv Azərbaycan ərazisində müstəqil dövlətin manifesti olaraq qüvvədədir.
Tədbirdə çıxış edən tələbələr Konstitusiyamızın milli dəyərlərə, şəxsiyyətin toxunulmazlığına, sosial-mədəni və s. sahələrdə həyat səviyyəsinin təmin olunmasında humanizm prinsiplərinə söykəndiyini bildiriblər.
Sonda oxucular mövzuya həsr olunmuş “Dövlətin ən ali hüquqi qüvvəyə malik Qanunu” adlı guşədə hüquqa həsr olunmuş kitablarla yaxından tanış olublar.