Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkirdə Şəhid Əliyev Rövşən İsrafil oğlunun anım günü qeyd edilib

16.12.2024

Şəhid Əliyev Rövşən İsrafil oğlunun anım günü qeyd edilib
     Anım günündə 44 günlük Vətən Müharibəsinin şəhidi Əliyev Rövşən İsrafil oğlunun məzarı və ailəsi Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxana əməkdaşları, Düyərli kənd tam orta məktəbin kollektivi və şagirdləri, rayonun şəhid anaları, kənd ictimaiyyəti ilə birlikdə ziyarət olunub. Şagirdlərin ifasında şeirlər səslənib. Ziyarətçilər tərəfindən şəhid Rövşən Əliyevin məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Xatırladaq ki, Əliyev Rövşən İsrafil oğlu 3 fevral 1999-cu ildə Şəmkir rayonunun Düyərli kəndində dünyaya göz açıb. 2005-ci ildə Düyərli kəndi 1 saylı tam orta məktəbində təhsil alıb, təhsil aldığı müddətdə sərbəst güləşlə məşğul olmağa başlayıb və uğur qazanıb. 2016-ci ildə orta məktəbi bitirib və 2017-ci ildə hərbi xidmətə yollanıb. Naxçıvan şəhərinin Ordubad rayonunda hərbi qulluq edib. 2018-ci ildə hərbi xidmətini başa vurub doğulduğu Düyərli kəndinə qayıdıb. 2020-ci ildə kəndin ilk könüllüsü olaraq cəhbəyə yollanıb. Onun Füzuli, Hadrut, Qubadlı, Zəngilan və Ağdam rayonlarının alınmasında rolu olub. Lakin Şuşaya yollanarkən 4 saatlıq mühasirəyə düşüb və iki dostunu döyüşdən xilas edib. Rövşən Əliyev oktyabrın 26-da  şəhid olub. Şəmkir rayonunun  Düyərli kənd qəbiristanlığında dəfn olunub. Subay idi. 
    Şəhid Əliyev Rövşən İsrafil oğlu ölümündən sonra Azərbaycan respublikasının prezidenti İlham Əliyev tərəfindən III dərəcəli “Vətənə xidmətə görə” ordeni , "Vətən uğrunda", "Döyüşdə fərqləndiyinə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
    Sonda Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxana əməkdaşları şəhid Əliyev Rövşən İsrafil oğlunun ailəsini ziyarət edib və ev muzeyi ilə tanış olub. Görüşdə şəhidin keçdiyi döyüş yolundan, onun vətənə olan sevgisindən bəhs edilib. Şəhid Rövşən Əliyevin anası, Düyərli kənd kitabxana filialının əməkdaşı Sevinc xanım ailə üzvləri adından şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edib. Buna görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
     Tədbir şəhidin adına təşkil olunan ehsan süfrəsi ilə davam edib.