Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda “Kitab işıq saçar bir günəş kimi, Kitabdır arifin könül həmdəmi” adlı tədbir keçirilib

14.02.2025

14 fevral 2025-ci il tarixində Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi Kitabxanası Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə “Kitab işıq saçar bir günəş kimi, Kitabdır arifin könül həmdəmi” adlı tədbir keçirib. Könüllü kitabsevərlərlə təşkil olunan görüş zamanı kitabın insan həyatında mühüm rolu, dünya görüşunun formalaşmasında əvəzsiz yeri olduğu qeyd edilib. Kitab Bağışlama Gününün yaranma tarixindən bəhs edilərək bu günün 6 yaşlı kitabsevər amerikalı kiçik qızın ailəsi və dostları arasında “təsis etdiyi” bayram olduğu bildirilib. Gənc vətənpərvər kitab sevənlər  kitabxanaya qəhrəman  Vətən Şəhidlərinə, Qələbəyə  və vətənpərvərliyə həsr olunmuş kitablar bağışlayıb, xatirə şəkili çəkdiriblər.