Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzi kitabxanasında ”Kitab olsun amalın” mövzusunda məlumat saatı təşkil olunub

14.02.2025

14 fevral 2024-cü il tarixində Tovuz rayon Mərkəzi kitabxanasında 14 fevral Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar "Kitab olsun amalın" mövzusunda məlumat saatı təşkil olunub.
Günün özəlliyi gənclərə kitab bağışlamaq, onlarda kitaba sevgi və maraq yaratmaq, mütaliə mədəniyyətini formalaşdırmaq olub. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, dünya əhalisi fevralın 14-nü Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edir. Uşaqlarda  oxumağa sevgi aşılamaq və ehtiyacı olan uşaqların kitab əldə etməsini təmin etmək üçün çalışan Kitab Bağışlama Günü könüllüləri dəyərli kitablarını gənc oxucularla bölüşməyə çağırır.
Tədbirin sonunda gənc oxuculara maraqlı kitablar hədiyyə edilib.