15.02.2025
15 fevral 2025-ci il tarixində Şəmkir şəhər Uşaq Musiqi Məktəbinin xor müəllimi Tamilə Qaraqoyunlunun rəhbərliyi ilə “Səslərin Ahəngi” adlı sinif konserti keçirilib.
Konsertdə xor sinfi şagirdləri müxtəlif yaş qrupları üzrə çıxış edərək musiqi bacarıqlarını nümayiş etdiriblər. Konsertdə həm solo, həm də xor ifaları səslənib.
Konsertdə şagirdlərin uğurlu çıxışlarında konsertmeyster Afət Məmmədovanın da böyük rolu olub. Onun dəstəyi və peşəkarlığı ifaların daha dolğun və təsirli səslənməsinə töhfə verib.
Konsertin sonunda müəllimlər və ifaçılar alqışlarla qarşılanıb və məktəbin direktor v.i.e Samirə Rüstəmova tərəfindən fəxri fərmanla təltif ediliblər. Bu konsert bir daha göstərdi ki, musiqi yalnız səslərin birləşməsi deyil, həm də sevgi, zəhmət və böyük fədakarlığın bəhrəsidir.