Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Dövlət Rəsm Qalereyasında keçirilən “Yaşıl dünya naminə rəqəmsal incəsənət” rəsm müsabiqəsi layihəsinin qalibləri müəyyənləşib

14.02.2025

Fevralın 14-də Ağstafa Dövlət Rəsm Qalereyasında keçirilən “Yaşıl dünya naminə rəqəmsal incəsənət” rəsm müsabiqəsi layihəsinin qalibləri müəyyənləşib.

Ötən ilin noyabrından start verilən müsabiqədə 7-18 yaş aralığında olmaqla qərb bölgəsi ilə yanaşı Bakı və Sumqayıt şəhərindən də rəssamlıq sənəti üzrə istedadlı uşaq, yeniyetmə və gənclər iştirak ediblər.

Müsabiqə iştirakçıları ətraf mühiti və təbiəti qorumağa dair öz təsəvvürlərini rəqəmsal və ənənəvi rəsmlər vasitəsi ilə ifadə ediblər. Müsabiqəyə 120-yə yaxın rəsm əsəri təqdim edilib. Münsiflər heyəti tərəfindən 70-ə yaxın əsər seçilərək sərgi təşkil edilib. Təqdim edilən rəsm əsərlərinin qiymətləndirilməsi və qaliblərin seçimi mərhələsi baş tutub. Münsiflər heyəti tərəfindən 3 qalib müəyyənləşdirilib.

Qaliblər diplom və digər hədiyyələrlə mükafatlandırılıb.