17.02.2025
17 fevral 2025-ci il tarixində Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxananın oxu zalında “Qazax elinin Şəhidləri: Müqəddəs and yerimiz” adlı videoçarx nümayiş etdirib. Tələbə, fəal oxucu və kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə müqəddəs and yerimiz olan Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Qazax elinin Şəhidləri: Müqəddəs and yerimiz!” adlı videoçarxda doğum günləri fevral ayına düşən Azərbaycan Milli Qəhrəmanları Mübariz Ağakərim oğlu İbrahimovun, eyni zamanda 44 günlük Vətən müharibəsinin Qazaxlı şəhidləri Nağıyev Murad Mayıl oğlunun, Abdullayev Taleh Temraz oğlunun, Qurbanov Davud Taryel oğlunun, Nəsibov Asəf Səfəralı oğlunun, Qaragözov Alıxan Əkbər oğlunun, Əliyev İlkin Bəxtiyar oğlunun qısa şərəfli ömür yollarından epizodlar nümayiş olunub. “Təki Vətən sağ olsun!” deyərək Vətənin bütövlüyü arzusu ilə şəhidlik zirvəsinə ucalan vətən oğullarının əziz xatirəsi əbədi qəlbimizdə yaşayacaq.