17.02.2025
Şəmkir rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi əməkdar incəsənət xadimi,qəzəlxan, şair Əliağa Vahidin anadan olmasının 130 illiyi ilə əlaqədar olaraq 17.02.2025-ci il tarixdə açıq havada "Əliağa Vahid 130" başlığı altında kitab sərgisi tərtib edib. Kitabxananın əməkdaşı Səbinə Əhmədova iştirakçılara bildirib ki, Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsi Əliağa Vahidin anadan olmasından 130 il keçir.Əliağa Vahid Azərbaycan ədəbi mühitinə misilsiz töhfələr bəxş edib. O, gənc yaşlarında Bakıdakı "Məcməüş -şüəra" ədəbi məclisində iştirak edib, Azər İmaməliyev, Müniri və başqa şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir.Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. O həmçinin Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
Sərgidə şairin yaradıcılığını əks etdirən kitablar nümayiş olunub, sərgiyə baxış keçirilib.