18.02.2025
18 fevral 2025-ci ildə Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində 18 fevral 1931-ci ildə anadan olmuş Xalq şairi Nəriman Həsənzadənin 94 yaşı tamam olması münasibətilə "Nabat xalanın çörəyi” adlı dəyirmi masa keçirilib.
Muzeyin direktoru Məhruzə Hüseynova şairin yaradıcılığından ətraflı danışaraq qeyd etmişdir ki,
Nəriman Həsənzadə çox böyük bir şair olmaqla yanaşı, qələmini nəsrdə də sınamışdır və qeyd etmişdir ki, “Nabat xalanın çörəyi” povesti geniş ictimai maraq doğurmuş, bir sıra xarici dillərə tərcümə olunmuşdur.
Sonra muzeyin əməkdaşları şairin şeirlərindən səsləndirərək tədbiri davam etdirmişlər.