Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada  “Aprel döyüşləri şanlı tariximizdir” adlı tədbir keçirilib

03.04.2025

03 aprel 2025-ci il tarixində Ağstafa rayon mədəniyyət müəssisələri şəhər bir saylı  Folklor evində  “Aprel döyüşləri şanlı tariximizdir” adlı tədbir keçirib. Tədbirdə  mədəniyyət müəssisələrinin əməkdaşları, ictimaiyyət nümayəndəlıri, 44 günlük Vətən müharibəsini  qaziləri  Ələkbərov Nicat Təhsin oğlu və Məmmədov Murtuzəli Vaqif oğlu  iştirak edib. Vətən torpaqlarının azadlığı uğrunda canını fəda etmiş Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə cıxış edənlər böyük Zəfərin başlanğıcı olan, tariximizə “Dördgünlük müharibə” adı ilə düşən şərəfli Aprel döyüşləri haqqında ətraflı məlumat veriblər. Müzəffər Ali baş Komandan İlham Əliyevin “Aprel döyüşləri bizim şanlı qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir!” qiymətli fikirlərini nəzərə çatdırmaqla bildiriblər ki,  Vətən yolunda qurban gedən Şəhidlərin müqəddəs xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Tədbirdə çıxış edən qazilərimiz müharibə zamanı keçdikləri cətin və şərəfli  həyat yollarından danışaraq bildiriblər ki, Şanlı Aprel qələbəsində Vətən uğrunda canlarını fəda etmiş hər  bir Vətən oğlunun adı bizim üçün müqəddəsdir,  onların ruhu daima biz qazilərin qəlbimdə yaşayacaq.
Sonda “ Aprel döyüşləri bizim şanlı tariximizdir” adlı sərgiyə baxış keçirilib.