06.02.2019
6 fevral 2019-cu il tarixdə saat 11:30-da Uşaq şöbəsi F.Şamoyev adına 4 saylı tam orta məktəbdə XIa sinif şagirdləri ilə yazıçı-dramatruq,içtimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə “Milli ruhun yüksəlməsində böyük rolu olan görkəmli sima”adlı görüş keçirib.Tədbiri giriş sözü ilə şöbənin baş kitabxanaçısı Rahidə Kazımova açaraq ədibin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. O çıxışında qeyd edib ki, C. Məmmədquluzadə publisistikası, nəsr və dram əsərləri ilə Azərbatcan ədəbiyyatını yalnız məzmunca deyil , formaca da zənginləşdirmişdir. Məktəbin ədəbiyyat müəlliməsi Musayeva Şəlalə və pisixoloqu Məmmədova Gülnarə öz çıxışlarında qeyd ediblər ki, C.Məmmədquluzadə yaradıcılığında milli şüur , məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi problemlərinə geniş yer vermişdir.Sonra şagirdlərdən Məlikova Nənəxanım ,Yusifbəyli İbrahim,Miralı Zərifə “Anamın kitabı”, İsmayılova Səbinə “Poçt qutusu”əsərlərindən parcalar söyləyiblər.