Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkir Uşaq Reabilitasiya Mərkəzinin kollektivi Şəmkir rayon Mərkəzi Kitabxanasının qonağı olub

18.04.2025

18.04.2025-ci il tarixdə Şəmkir Uşaq Reabilitasiya Mərkəzinin kollektivi Şəmkir rayon Mərkəzi Kitabxanasının qonağı olub. Onlara Mərkəzi Kitabxananın şöbələri haqqında məlumat verilib. Sonra Uşaq şöbəsinin Nağıl otağında uşaqlara müəllimləri tərəfindən nağıl oxunub. Kitabxana ilə tanışlıq uşaqların marağına səbəb olub. Qayğıya ehtiyacı olan uşaqlara  MKS-nin direktoru Sahibə Əmiraslanova tərəfindən kiçik hədiyyələr təqdim edilib. Sonda xatirə şəkili çəkilib.