18.04.2025
18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şürasının (İCOMOS) təklifi ilə UNESKO tərəfindən1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Beynəlxalq Abidələr Günü münasibəti ilə Ağstafa rayon Tarix Diyarşünaslıq Muzeyində "Açıq qapı" günü elan edildi, bir qrup mədəniyyət və kitabxana işçilərinin, rayon sakinlərinin, abidə mühafizəçilərinin muzeyə ekskursiyaları təşkil olundu. Eyni zamanda hal-hazırda AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçiləri, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfovun rəhbərliyi ilə Ağalıq təpə (son tunc erkən dəmir dövrü) yaşayış məskənində aparılan qazıntı yerini ziyarət etdilər.