21.04.2025
21 aprel 2025-cü il tarixində Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi Kitabxanası oxu zalında yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilkatikası məqsədilə “Sağlam nəsil böyüdək” adlı maarifləndirici söhbət keçirib. Tədbirdə Qazax şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin bir qrup şagirdi və fəal oxucular iştirak edib. Xidmət şöbəsinin müdiri Bəsdi Məmmədova bildirib ki, uşaqlarda mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması olduqca vacib amillərdən biridir. Çünki çox mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf edir. Mütaliə hər bir insanın şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. İnsan mütaliə edərək öz dünyagörüşünü, biliklərini, həyat təcrübəsini, mənəviyyatını, nitq qabiliyyətini daha da artırır. Ona görə də asudə vaxtınızı səmərəli keçirərək kitab oxumağa sərf edin. Mövzu ətrafında çıxış edənlər qeyd ediblər ki, belə tədbirlərin keçrilməsi uşaqların milli - mənəvi tərbiyyəsində böyük rol oynayır. Sonda oxu zalında təşkil edilmiş “Narkomaniyaya yox deyək”, “Siqaretdən uzaq dur” adlı sərgiyə baxış keçrilib.Yeniyetmə və gəncələrin geniş marağına səbəb olan sərgidə insan sağlamlığna ciddi zərər vuran, ruhən və mənfi təsirləri olan nikotin, alkoqollu içkilər, narkotik, pisxotrop maddələr və onların fəsadları haqqında maarifləndirici şəkillər, materiallar nümayiş olunub.