Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-də “Qayıdan Yurd Yerlərimiz” adlı məlumat saatı keçirilib

22.04.2025

22 aprel 2025-ci il tarixində Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanası oxu zalında Qazax rayonunun 4 kəndinin işğaldan azad olunması ilə əlaqədar  “Qayıdan Yurd Yerlərimiz” adlı məlumat saatı keçirib. Tədbirdə tələbə, şagirdlər və fəal oxuculardan bir qrup iştirak edib. Öncə Vətən uğrunda canından keçən Şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Xidmət şöbəsinin müdiri Bəsdi Məmmədova bildirib ki, Qazaxın 4 kəndinin dinc yolla qaytarılması Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın 44 günlük Vətən Müharibəsi, 2022-ci ilin Sentyabr döyüşləri və 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirdiyi anti-terror tədbirləri ilə əldə etdiyi Zəfərin davamıdır. Qazaxın 4 kəndinin bir güllə atmadan qaytarılması isə Azərbaycan suverenliyinin təmin olunmasında daha bir önəmli addımdır. 2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı ərazilərinin Azərbaycana qaytarılması təmin edilib.
Çıxış edənlər qeyd ediblər ki, Azərbaycan Prezidentinin həm hərbi, həm də diplomatik sahədə müəyyən etdiyi xətlər üzrə inkişaf edən Azərbaycan dövləti, Ermənistanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyə vadar etdi.