Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS- nin təşkilatşılığı ilə şəhər Multimedia kitabxana filialı 21 fevral - Beynəlxalq Ana Dili Günü ilə bağlı “Dilimiz varlığımız”adlı ədəbi kompozisiya keçirib.n

18.02.2019

18 fevral  2019-cu il tarixdə saat 14:30-da Qazax rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Multimedia kitabxana filialında 21 fevral - Beynəlxalq Ana Dili Günü ilə bağlı ”Dilimiz varlığımız” adlı ədəbi kompozisiya keçirilib. Tədbirdə  N. Hüseynov  adına  Aşağı Salahlı kənd tam orta məktəbin şagirdlərindən bir qrup olmaqla 14 nəfər iştirak edib.  Filial müdiri Rufinə Namazova çıxış edərək bildirib ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hər bir kəsin hüququdur.  Azərbaycanın gələcəyi üçün əlindən gələni əsirgəməyən, fenomen şəxsiyyət, xalqımızın fəxri, ulu öndər Heydər Əliyev dilimizin hərtərəfli inkişafına daim çalışmış, onun saflığı, dövlət dilinə çevrilməsi, nüfuz qazanması və dünyanın ən mötəbər kürsülərindən eşidilməsi üçün əlindən gələni əsirgəməmişdir. Müstəqillik illərində ümummilli liderimiz Heydər Əliyevin qayğısı sayəsində ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi. Tədbir zamanı məktəblilərdən: Aysun Nuri B.Vahabzadənin “Ana dili”, Banuçiçək Binnətova S.Rüstəmin “Dilimə dəymə”, Elgün Xəlilov T.Qurbanın “Ana dilim” şeirlərini  söyləyiblər. Sonda tədbir iştirakçıları “Ana dilimizi sevək, qoruyaq” adlı sərgi ilə tanış olublar.