Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-nin təşkilatçılığı ilə Yuxarı Salahlı kənd kitabxana filialı ”Ana dilim - doğma dilim” adlı ədəbi-bədii kompozisiya keçirib.

18.02.2019

18 fevral  2019-cu il tarixdə saat 14:30-da Yuxarı Salahlı kənd kitabxana filialı  Folklor evində  21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr  olunmuş "Ana dilim - doğma dilim" adlı ədəbi-bədii kompozisiya keçirib. Tədbirdə fəal oxucular, S. Vurğun adına Poeziya evinin və mədəniyyət işçilərindən ibarət olmaqla 25 nəfər iştirak edib. Tədbiri kitabxana filialın müdiri Tamam Cəfərova açaraq iştirakçılara ana dilinin varlığını hiss etmək, onu qorumaq və inkişaf etdirmək haqqında danışıb. Qeyd edib  ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına qayğı ilə yanaşır. 2 nömrəli kitabxana filialın müdiri Məktubə Qocayeva, Folklor evinin mədəni təşkilatçısı Nurlanə Hacıeyyubova Beynəlxalq Ana Dili Gününün tarixindən və özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yolundan danışıblar. Fəal oxuculardan: Cəfərova Ülkər M. Arazın “Dur ayağa Azərbaycan”, Hüseynli Nərgiz M. Müşfiqin “Ana”, Nəsibov Orxan S. Vurğunun “ Azərbaycan",  Məmmədrzayev Aslan B. Vahabzadənin “Ana dilim”  şeirlərini söyləyiblər. Quzanov Məhəmmədin sazda ifa etdiyi “Naxçıvanı” , “Ruhani” havaları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.