20.02.2019
20 fevral 2019-cu il tarixdə saat 16:30-da Dəmirçilər kənd kitabxana filialı 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Əsrlərin yadigarı Ana Dilim” adlı məruzə keçirib. Tədbirdə ədəbiyyat müəllimi Həcər Əsədova, fəal oxucular və mədəniyyət işçilərindən ibarət olmaqla 18 nəfər iştirak edib. Tədbiri kitabxana filialın müdiri Xanım Hüseynova açaraq bildirib ki, dil hər bir millətin maddi- mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Dil-ədəbiyyat müəllimi Həcər Əsədova, mədəniyyət işçisi Nəzakət Rəhimova və kənd tam orta məktəbin 11-ci sinif şagirdi Nuranə Rüstəmova çıxışlarında hər il 21 fevral Dünya Ana Dili Günü kimi qeyd olunduğunu qeyd ediblər. Həmçinin bildiriblər ki, UNESCO-nun təsis etdiyi bu günün qeyd olunmasında məqsəd dünyada «dillərin ölməsinin» qarşısını almaq, onların qorunub saxlanılmasına diqqəti cəlb etməkdir. Fəal oxuculardan Qasımov Rizvan, Hadıyev Ramiz, Yusifova Səbinə, Məmmədov Vüsal və başqaları Azərbaycana, Ana dilinə həsr olunmuş şeirlər söyləyiblər.