Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-nin təşkilatçılığı ilə şəhər 1 nömrəli kitabxana filialı “Dilimiz milli varlığımızdır” adlı məruzə keçirib.

20.02.2019

20 fevral 2019-cu il tarixdə saat 11:30-da şəhər 1 nömrəli kitabxana filialı   21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr  olunmuş " Dilimiz milli varlığımızdır" adlı ədəbi-bədii kompozisiya keçirib. Tədbirdə Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbə heyyətindən bir qrup və şəhər 1 nömrəli Folklor evinin işçilərindən ibarət olmaqla 35 nəfər iştirak edib. Tədbiri giriş sözü ilə açan kitabxana filialın müdiri Fəridə Xudiyeva çıxışına ümumilli lider Heydər Əliyev sözləri ilə başlamışdır:  - Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur".  Bu sözlərə  ilk əməl edən, canlı nümunə isə məhz Ulu Öndər  idi. Onun hələ Sovet İmperiyasının ən güclü dövrlərində ana dilimizin - Azərbaycan dilinin yaşadılması və təbliği uğrunda apardığı mübarizə, gördüyü işlər saysız-hesabsızdır. Dövlət Sosial-İqtisadi Kollecin təlim tərbiyə üzrə direktoru İlkin Həsənov, şəhər 1 nömrəli Folklor evinin müdiri Gülüsüm Həsənova Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Ulu Öndərin müstəsna xidmətlərindən danışıblar. Qeyd ediblər ki,  Azərbaycan dövləti  müstəqilliyini qazandıqdan sonra dilimizin tətbiqi işinin təkmilləşdirilməsi ilə əlaqədar müxtəlif sərəncamlar, fərmanlar imzalanıb. Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri  mövzu ətrafında öz fikirlərini bölüşüblər.