Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada “Ailə dəyərləri cəmiyyətin mənəvi əsasıdır” başlıqlı tədbir keçirilib

15.05.2025

15.05.2025-ci il tarixində Ağstafa rayon Mərkəziləşdirilmiş Kitabxana Sisteminin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığl ilə Dağ Kəsəmən kənd kitabxana filialında “15 May-Beynəlxalq Ailə günü” münasibəti ilə “Ailə dəyərləri cəmiyyətin mənəvi əsasıdır" başlıqlı tədbir keçirilib. Tədbirdə Ağstafa rayon Mərkəzi Kitabxananın , Dağ Kəsəmən filialının  əməkdaşları və 42 illik həyat təcrübəsi olan Novruzovlar ailəsi iştirak etdi. Tədbiri giriş sözü ilə  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Solmaz Nağıyeva açaraq bildirdi ki, Ailə cəmiyyətin insani dəyərlərinin qorunmasını, nəsillərin mədəni və tarixi varisliyini təmin edən elementdir. Hər bir ölkənin inkişaf səviyyəsini öyrənmək üçün onun ailəsinin vəziyyətini, yaşam tərzini ailədə böyüyən uşaqların təhsil səviyyəsini, tərbiyəsini bilmək yetərlidir. İnsan vətəndaş kimi ilk növbədə ailədə yetişir. Qəribədir, balaca dövlət dediyimiz ailədəki əmin-amanlıq eyniylə cəmiyyətdə, dövlətdəki əmin-amanlıq deməkdir.
Tədbirdə  Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri Nənəxanım Əzizova, Dağ Kəsəmən Mədəniyyət Mərkəzinin metodisti Reyhan Novruzova, MİHİ-nin Ağstafa rayon şöbəsinin sədr müavini  Zahid Sultanov  çıxış edərək  Xalqımızın gözəl ənənələrə malik ailə modeli var. Yaxşı olardı ki, biz bu modeldən kənara çıxmayaq Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində ailənin həmişə ən yüksəkdə dayandığını vurğulayıblar. Tədbirin sonunda yaşlı və gənc ailəyə simvolik olaraq hədiyyə təqdim olunub.