Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində 28 May Müstəqillik Günü münasibəti ilə ”Tariximizin yeni inkişaf mərhələsi ” başlığı altında tədbir keçirilib

27.05.2025

27 may 2025-ci ildə Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində 28 May Müstəqillik Günü münasibəti ilə "Tariximizin yeni inkişaf mərhələsi " başlığı altında tədbir keçirilib.
Tədbirdə Muzeyin direktoru Məhruzə Hüseynova qeyd edib ki,  Cümhuriyyət cəmi 23 ay yaşadı, amma onun ideyaları xalqımızın qəlbində daim yaşadı. Sovet hakimiyyəti illərində belə, azərbaycanlılar müstəqillik arzusu ilə yaşadılar. Nəhayət, 1991-ci ildə Azərbaycan yenidən müstəqil oldu. 
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və qorunub saxlanmasında Ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir. O, xalqımızın tarixində xilaskar lider kimi çıxış edərək ölkəni dağılmaq, parçalanmaq təhlükəsindən xilas etdi.
Heydər Əliyev deyirdi ki,  “Müstəqillik bizim ən böyük sərvətimizdir. Biz onu qoruyub saxlamalı və gələcək nəsillərə ötürməliyik.”
 Bu gün müstəqil Azərbaycanın uğurlarının əsasını məhz Ulu Öndərin müdrik siyasəti qoyub. Onun ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha sonra çıxış edənlər də mövzu ətrafında öz fikirlərini bildirdilər.