Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar “Poeziyamızın parlaq sənətkarı” adlı tədbir keçirilib

29.05.2025

29 may  2025-ci  il  tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Qazax rayon Mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə Qazax rayon Səməd Vurğun Poeziya evində Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2025-ci il tarixli Sərəncamını rəhbər tutaraq Tədbirlər Planına əsasən “Poeziyamızın parlaq sənətkarı” adlı tədbir keçirilib. Tədbirdə MKS-nin direktoru Fəridə Xudiyeva, Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, AYB-nin üzvü, şair Kazım Kazımlı, şair Tamella Poladlı, Ürkməzli sənətkarlıq evinin müdiri Gülsənəm Cəlili, şair Asimə xanım, S.Vurğun Poeziya evinin müdiri Mətanət Rəhimova, mədəniyyət müəssisələrinin əməkdaşları, bir qrup məktəbli iştirak edib. Öncə ərazi bütövlüyümüzün təmin olunması, suverenliyimizin bərpa edilməsi uğrunda canlarından keçmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabxanaın əməkdaşı şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumatında Azərbaycan ədəbiyyatının görkəmli xalq şairi, böyük azərbaycanlı  Bəxtiyar Vahabzadənin yaşayan, döyüşən, səfərbər edən və Vətən, xalq qarşısında öz tarixi vəzifəsini yerinə yetirən çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Azərbaycan xalqının sevimli şairlərindən biri olduğunu qeyd edib.
Çıxış edənlər Bəxtiyar Vahabzadənin Vətənə, millətə, doğma ana dilinə və mədəni-mənəvi dəyərlərə sonsuz ehtiram, məhəbbət bəslədiyini, milli azadlıq ideallarına bağlı olduğunu, sənətkarın ədəbi və elmi yaradıcılığının pedaqoji fəaliyyəti ilə bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynadığını bildirərək Bəxtiyar Vahabzadənin ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirdiyini qeyd ediblər.
AYB-nin üzvləri, şairlər Bəxtiyar Vahabzadənin yaradıcılığından və şairə  həsr etdikləri şeirlərini söyləyiblər.
Məktəblilərin ifasında şairin şeirlərindən seçmələr söylənilib, saz havası ifa olunub.
İştirakçılar mövzuya həsr edilmiş sərgidə nümayiş olunan  materiallarla yaxından tanış olub, sonda xatirə şəkli çəkilib.