Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Tarix Diyarşünaslıq Muzeyində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan ”Hər uşaq bir çiçəkdir” adlı tədbir keçirilib

30.05.2025

30 may 2025-ci il tarixində Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Hər uşaq bir çiçəkdir" adlı tədbir keçirilib. Muzey əməkdaşları uşaqları bayram münasibəti ilə təbrik edərək onlara sağlam, xoşbəxt və sülh içində yaşayacaqları bir dünya arzulayaraq bugünün sabahı, sabahın ümidi olan uşaqların üzündən sevincin əskik olmamağını diləyiblər. Tədbirin sonunda körpə balalarımız muzeyin ekspozisiyası ilə tanış olublar.