Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Dövlət Rəsm Qalereyasında Münəvvər İsmayılzadənin ”Mənim rəngli dünyam” adlı fərdi sərgisi təşkil edildi

29.05.2025

29 may 2025-ci il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında Ağstafa Dövlət Rəsm Qalereyası və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Ağstafa rayon Komitəsinin birgə təşkilatçılığı ilə 1 İyun - Beynəlxalq Uşaqların Mudafiəsi gününə həsr edilmiş həvəskar rəssam Münəvvər İsmayılzadənin
"Mənim rəngli dünyam" adlı fərdi sərgisi təşkil edildi. Sərginin açılışında MİHİ-nin Ağstafa rayon Komitəsinin sədri Gülgün Kərimov və Rəsm Qalereyasının direktor vəzifəsini icra edən Mehriban Hüseynova çıxış etdi. Sərgidə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin əməkdaşları iştirak etdilər, rəssamın əsərləri ilə tanış olub yaradıcılıq uğurları arzuladılar. Sərgidə rəssamın qrafika və rəngkarlıq əsərləri sərgiləndi. Məktəblilər və rayon sakinləri sərgidə iştirak etdilər.