Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkirdə ”1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” başlığı altında tədbir keçirilib

31.05.2025

Şəmkir rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Əhməd Cavad adına Mədəniyyət Mərkəzində 31.05.2025-ci il tarixdə "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" başlığı altında tədbir keçirib. Kitabxananın əməkdaşı Səbinə Əhmədova məktəbliləri bu gün münasibətilə təbrik edib və onlara göstərilən diqqət və qayğıdan danışıb. O qeyd edib ki, Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir.Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra məktəbli oxucular mövzu ilə əlaqədar təşkil olunan sərgi ilə tanış olublar. Məktəbli oxucuların ifa etdikləri rəqslər tədbiri daha da rəngarəng edib.