Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada “Fırçaların dili ilə Bütöv Azərbaycan” mövzusunda rəsm sərgisi təşkil olunub

01.06.2025

Ağstafada “Fırçaların dili ilə Bütöv Azərbaycan” mövzusunda rəsm sərgisi təşkil olunub

2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar Ağstafa şəhəri, Heydər Əliyev adına istirahət parkının ərazisində istedadlı yeniyetmə və gənc rəssamların yaradıcılıq qabiliyyətini daha da inkişaf etdirmək məqsədi ilə “Fırçaların dili ilə Bütöv Azərbaycan” mövzusunda rəsm sərgisi keçirilib.

Ağstafa Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi, Ağstafa rayonu üzrə Təhsil, Gənclər və İdman sektorları və Ağstafa Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ümumilikdə yetmişə yaxın rəsm və əl işi nümayiş etdirilib.

Tədbirdə ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, şahmat, karate və güləş idman növləri üzrə nümunəvi çıxışlar olub. Şəhid və qazilərimizin övladları üçün təşkil olunan çay süfrəsində uşaqların sevimli nağıl qəhrəmanlarının personajları onlarla əylənərək şəkillər çəkdiriblər.