12.06.2025
12 iyun 2025-ci il tarixində Gədəbəy rayon Mədəniyyət Mərkəzinin Böyük Qaramurad kənd Diyarşünaslıq evində mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə "Azərbaycanın Gələcəyini Dəyişən Zəfər Tarixi" adlı tədbir təşkil edilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir Gədəbəy rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının vətənpərvərlik mövzusunda hazırladıqları musiqi nömrələri ilə davam etdirilib.