Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon M.P. Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində ”Qurtuluşdan qürura” adlı tədbir keçirilib

13.06.2025

13 iyun 2025-ci il tarixində Qazax rayon M.P. Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində "Qurtuluşdan qürura" adlı tədbir keçirilib. Tədbirdə Muzeyin direktoru Məhruzə Hüseynova qeyd edib ki, bu gün burada toplaşmağımızın səbəbi tariximizin şərəfli bir səhifəsinə – 15 İyun – Milli Qurtuluş Gününə həsr olunub.
1993-cü ilin həmin tarixi günü, Ümummilli liderimiz Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışı, Azərbaycanı dağılmaqdan, vətəndaş qarşıdurmasından və siyasi anarxiyadan xilas etdi.
Məhz bu gün müstəqilliyimizin möhkəmlənməsinin, dövlətçiliyimizin bərpasının əsasını qoydu. Bu, bir xalqın qurtuluş günü, ümid günü, dirçəliş günü oldu.
Ulu Öndərimizin uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan dünyada layiqli yerini tutur, güclü və sabit bir dövlət kimi inkişaf edir.
Biz gənclərimizə və gələcək nəsillərə bu tarixi dəyərləri yaşatmalı, Milli Qurtuluş Günü kimi günlərin mənasını daim xatırlatmalıyıq.
Qoy bu gün hər zaman milli birlik, vətənə sevgi və tarixi yaddaşımızın gücü ilə yadda qalsın!

Sonra muzey əməkdaşları Qurtuluş Günü haqqında ətraflı çıxış ediblər.