Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkirdə “Milli Qurtuluş Günü tarixi Zəfərə gedən yolun başlanğıcıdır” adlı tədbir keçirilib

13.06.2025

13.06.2025-ci il tarixdə Qaxaz-Tovuz Regional Mədəniyyət İdarəsi Şəmkir rayon üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 15 İyun -  Milli Qurtuluş Günü münasibətilə   Əhməd Cavad adına Mədəniyyət Mərkəzində “Milli Qurtuluş Günü tarixi Zəfərə gedən yolun başlanğıcıdır” adlı tədbir keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin , Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü  uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə tarixə qızıl hərflərlə yazılan bu əlamətdar günün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu diqqətə çatdırılıb.Qeyd edilib ki, XX əsrin 90-cı illərinin əvvəllərində xalqımız müstəqilliyini bərpa etsə də, onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir vaxtda qədirbilən xalqımız Azərbaycanı bu çətin vəziyyətdən çıxara biləcək yeganə şəxsiyyət olan Ümummilli Lider Heydər Əliyevi təkidlə yenidən ölkəmizin siyasi rəhbərliyinə dəvət etdi. Ulu Öndər həmin dövrdə, ilk növbədə, Azərbaycanı parçalanmaq təhlükəsindən qorudu, vətəndaş müharibəsinin qarşısını aldı, vətənimizin davamlı, hərtərəfli inkişafını təmin etdi. Həmçinin,Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin dövlətimizin müstəqilliyini daha da möhkəmləndirməsindən, eləcə də 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasından, şanlı Qələbəmizdən ətraflı bəhs edilib.
  Tədbir ədəbi-bədii proqramla davam edib. “Qurtuluşumuz əbədidir ” adlı kitab sərgisi tərtib edilib. Sərgiyə baxış keçirilib.