Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Dövlət Rəsm Qalereyasında 15 İyun-Milli Qurtuluş gününə həsr edilmiş ”Azərbaycan Xalqının Xilaskarı” adlı sərgi keçirildi

13.06.2025

13.06.2025-ci il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında 15 İyun-Milli Qurtuluş gününə həsr edilmiş "Azərbaycan Xalqının Xilaskarı"adlı rəsm dərnək şagirdlərinin əl işlərindən ibarət sərgi keçirildi. Sərgidə Rəsm Qalereyasının bərpaçı rəssamı Gülnarə Eyyubova 15 İyun - Milli Qurtuluş gününü yaradan tarixi hadisələrdən, Ümummilli Lider Heydər Əliyevin düzgün siyasəti nəticəsində Azərbaycan dövləti vətəndaş qarşıdurmasından, parçalanmadan xilas edilərək dövlətçiliyin qorunmasi, siyasi sabitliyin bərqərar olunması siyasi, demokratik və dünyəvi dövlətə çevrilməsindən ətraflı məlumat verdi. Sərgilənən əl işləri haqqında izahlı məlumat verildi.