Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda ”Narkomaniya əsrin bəlasıdır” mövzusunda maarifləndirici tədbir təşkil edilib

24.06.2025

24 iyun 2025-ci il tarixində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Tovuz rayonu üzrə Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı  ilə Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyində Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə ilə əlaqədar "Narkomaniya əsrin bəlasıdır" mövzusunda maarifləndirici tədbir təşkil edib.
Tədbirdə çıxış edənlər bildirdilər ki,  narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.
Bir sözlə, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq. Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının təminatı daim diqqətdə saxlanılan məsələdir. Ölkəmizin davamlı inkişafı hər bir problemin uğurlu həllinə, qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmağa stimul verir.
Sonda uşaqların əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirildi.